Magistraturaya imtahan verən neçə nəfər 0-30 bal taplayıb? - DİM açıqladı

Magistraturaya imtahan verən neçə nəfər 0-30 bal taplayıb? - DİM açıqladı
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanının nəticəsi imtahandan iki gün sonra martın 2-də elan olunub.

Sfera.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi imtahanla bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatları təqdim edib.

Məlumata görə, fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19 885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə verənlərin sayı 4 147 nəfər (26.35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1.28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1.16%) bu səviyyədə olub.

Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47.57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48.96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 257 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1334 nəfər olub. Ötən il analoji göstəricilər 15, 252,1284 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub. Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir.

İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26.96-ya bərabər olub). İmtahanda 4 nəfər maksimal (50) bal toplayıb.

İnformatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. Bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7.64-ə bərabər olub), cəmi 1 nəfər bütün suallara düzgün cavab verib.

Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11.70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12.69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 baldan (median 7.86-ya bərabər olub) və 9 baldan (median 8.50-yə bərabər olub) aşağı nəticə göstərib.

Aşağıdakı cədvəllərdə bakalavrların 2021 və 2020-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.
 

2021-ci il

İştirakçıların sayı 19625

Bal
intervalları

Bakalavrların

sayı
(tezliklər)

0 - 30

1818

31 - 35

1647

36 - 40

2283

41 - 45

2670

46 - 50

2769

51 - 55

2453

56 - 60

2049

61 - 65

1536

66 - 70

1066

71 - 75

639

76 - 80

438

81 - 85

180

86 - 90

60

91 - 95

16

96 - 100

1

2020-ci il

İştirakçıların sayı 15552

Bal
intervalları

Bakalavrların

sayı
(tezliklər)

0 - 30

1441

31 - 35

1148

36 - 40

1619

41 - 45

1914

46 - 50

2086

51 - 55

1933

56 - 60

1729

61 - 65

1397

66 - 70

1001

71 - 75

668

76 - 80

364

81 - 85

166

86 - 90

71

91 - 95

15

96 - 100

0



OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...