Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - VİDEO

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - VİDEO
36 illik ömrünün yarısını Vətənə xidmətə həsr edən, Vətən müharibəsi qəhrəmanı, "Hadrut fatehi” Camal İsmayılov 1984-cü ildə Neftçalada dünyaya gəlib.

2002-ci ildə hərbi xidmətdə olarkən komandanlığın diqqətini çəkən Camal daha sonra hərbçi olmağa qərar verib.


O, Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. Camal rus, ingilis və erməni dillərini mükəmməl bilir. Aprel döyüşlərində isə qəhrəmanlığı ilə fərqlənib.

 
Vətən müharibəsinin başlaması zamanı Camal İsmayılovun ilk cümləsi belə olur: "Bu dəfə torpaqlarımızı mütləq geri qaytaracağıq”.

II Qarabağ müharibəsi iştirakçısı Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Ərgünəş yüksəkliyinin, həmçinin Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınmasında xüsusi fədakarlıq göstərir. O, Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşına kömək etmək istəyərkən yaralanır. Yaralandığını isə ailəsindən gizlədən Camal sağaldıqdan sonra yenidən döyüşə yollanır.

Rabitə sahəsində mütəxəssis olan hərbçimiz ermənilərin rabitə sisteminə qoşulur. Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr verir ki, geri çəkilin. Beləcə bir güllə belə atmadan 1500 nəfərlik ermənini zərərsizləşdirir.

Camal İsmayılov oktyabrın 21-i şəhidlik zirvəsinə ucalıb.
 
]


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...