İrana səfər etməyin şərtləri açıqlandı

İrana səfər etməyin şərtləri açıqlandı
İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəyə səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.

İran İslam Respublikasının Bakıdakı Səfirliyindən Sfera.az-a verilən məlumata görə, bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməlidilər.

Daha sonra İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazəsi almalıdılar.

İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:

"Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.

Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...