“İtaliya növbəti ədalətli mövqeyi ilə əsl nümunə sərgiləyir”

“İtaliya növbəti ədalətli mövqeyi ilə əsl nümunə sərgiləyir”
İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında "Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”nin qəbul olunması ədalətli yanaşmanın bariz göstəricisidir. Biz bütün ölkələrin ən azı İtaliya qədər ədalətli və obyektiv mövqe tutmasını arzulayırıq.

İtaliyalı həmkarlarımız işğaldan azad edilmiş ərazilərin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə xəritələrin verilməsini istəyir. Bu məsələ ilə bağlı bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli və xarici KİV-lərin təmsilçiləri üçün keçirdiyi mətbuat konfransında da bəyan etmişdi ki, hazırda ərazilərin minalanması əsas çətinlikdir və bu, cinayət hesab edilə bilər. Çünki hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Erməni tərəfinin bu cür qeyri-səmimi davranışı əlbəttə ki, qınaq obyektinə çevrilməlidir. Prezidentin də söylədiyi kimi, sözdə bir cür danışıb, əməldə başqa cür hərəkət etmək qəbuledilməzdir. Çünki Azərbaycan bütün qaydalara riayət edərək 10 noyabr razılaşmasının müddəalarını məsuliyyətlə icra edir. Azərbaycan hərbi əsirlərin, həlak olanların cəsədlərinin verilməsində hər hansı çətinlik yaratmır. Lakin minalanmış sahələrin xəritələrini verməkdən boyun qaçırmaq dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Bu mənada dövlət başçımızın da söylədiyi kimi, birtərəfli əməkdaşlıq ola bilməz.

Yəni, faktiki Ermənistan işğal dövründə özünü necə aparırdırsa, post-müharibə dövründə də eyni yanaşmanı sərgiləyir. Bu prosesdə beynəlxaq səviyyədə qınaq zəruridir. Çünki işğal dövründə beynəlxalq birlik tərəfindən yetəri qədər qınanılmayan, işğalçı qismində təzyiq və sanksiyalara məruz qalmayan Ermənistan daha da arxayınlaşdı və aqressivləşdi.  Münaqişənin İtaliya parlamentinin qətnaməsində də qeyd edildiyi kimi, onilliklər ərzində həll olunmamasının əsas səbəbi məhz bu idi.

Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qarşıya qoyulub. Bu, əslində çox doğru presedentdir. Bu presedent birbaşa regionun sürətli inkişafını şərtləndirir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...