Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA

Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Koronavirusa yoluxmaların sayında son günlərdə müşahidə edilən artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklə əlaqəlidir, həm də havaların bir az soyuq keçməsi ilə. Bu zaman COVID-19-la yanaşı digər qripal xəstəliklərin artma reallığı ilə üz-üzəyik.

Sfera.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, bu gün digər narahatverici məqamlardan biri Novruz bayramı günlərində milli dəyərlərimizdən qaynaqlanaraq insanlar arasında təmasların daha da artmasının qripal xəstəliklərin yayılması üçün münbit zəmin yaratmasıdır:

"Ölkədə epidemioloji vəziyyətin yenidən istəmədiyimiz səviyyəyə gəlməməsi üçün hər bir vətəndaşın mövcud epidemioloji qayda-qanunlara daha ciddi şəkildə riayət etməsi vacibdir. Bu həm də yaxın günlərdə, yəni təqribən 10-15 gün ərzində, bayram öncəsi operativ qərargahın daha sərt tədbirlər görməsini əngəlləyən amillərdən biri olacaq.

Heç bir dövlət sərt qapanmanın tərəfdarı deyil. Amma insan həyatı üçün təhlükə yaradan və ölkədə səhiyyə sisteminə zərər verə biləcək vəziyyətlərlə üz-üzə qaldığımız zaman əlbəttə ki, məcburiyyət qarşısında bütün dünyada olduğu kimi ölkəmizdə də belə qərarların verilməsi bəzən qaçılmaz olur”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...