“Xəritələr heç Ermənistanın özündə də yoxdur, çünki...” – Minalardan necə yan keçməli?

“Xəritələr heç Ermənistanın özündə də yoxdur, çünki...” – Minalardan necə yan keçməli?
"Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi təmin olunmalıdır. Bu məqsədlə Bakı Moskvanın əliylə Ermənistana daha təsirli təzyiq göstərməlidr. Problemin həllinin yeganə yolu budur”.

Bu sözləri Sfera.az-a açıqlamasında hərbçi ekspert İbrahim Rüstəmli deyib: "Minalarla bağlı yaşanan problem müharibədən sonrakı müharibədir. Hazırda da müharibə şəraitindəyik. Təəssüf ki, bundan sonra da itkilərimiz olacaq”.
 
Ekspertin fikrincə, bu məsələnin həlli kompleks yanaşma tələb edir: "Azərbaycan, Ermənistan və Rusiya birgə fəaliyyət planı həyata keçirməlidir. Amma təəssüf ki, regiondakı mövcud geosiyasi reallıq həmin istiqamətdə birgə fəaliyyətin mümkün olmadığını göstərir. Hətta Rusiya sülhməramlılarının özləri də mina partlayışlarından ziyan çəkir. Amma nədənsə Kreml minalanmış ərazilərin xəritəsinin alınması məsələsində prinsipial deyil. Ola bilsin, minalanmış ərazilərin tam olaraq xətirələri heç Ermənistan tərəfdə də yoxdur. Çünki ermənilər həmin ərazilərdən xaotik şəkildə çıxmağa və çıxarkən minalamağa məcbur olublar. Bu zaman isə həmin ərazilərin konkret koordinatlarını müəyyənləşdirmək çətindir”.

Bununla belə, ekspert düşünür ki, bu, minalanmış bütün ərazilərı əhatə etmir: "Ərazilərin böyük qismi müharibəyə qədər minalanıb və bununla bağlı xəritələr olmaya bilməz. Erməni tərəfi məhz həmin xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Əks halda bu davranış da növbəti hərbi cinayət əməli kimi dəyərləndiriləcək”.

Həmsöhbətimiz düşünür ki, sözügedən məsələnin yeganə həlli  Moskvanın İrəvana təzyiq etməsindən keçir: "Azərbaycan minalanmış ərazilər üzrə xəritələri əldə etmək üçün  vasitəçilərin, xüsusən Rusiyanın köməyilə İrəvana daha ciddi təzyiq göstərilməsinə nail olmalıdır. Mina məsələsinə görə, yenidən hərbi əməliyyatlara başlamağa isə ehtiyac yoxdur”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...