Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi - FOTO

Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi - FOTO
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni kadr təyinatı olub.

Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qəhrəman Oqtay oğlu Kazımov nazirin yeni müşaviri vəzifəsinə təyin edilib. 

Q.Kazımov bu təyinata qədər 2018-2021-ci illərdə "Azerfon” MMC (Nar) şirkətində strategiya, kommersiya, marketinq, satış, biznesin inkişafı, qiymət siyasəti kimi istiqamətlər üzrə rəhbər vəzifələrində işləyib.

Xatırladaq ki, Q. Kazımov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Macarıstanda İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə İsveçdə təhsilini davam etdirib, Telekommunikasiya Sektorunda Biznesin İnkişafı üzrə təhsil proqramının məzunu olub. Q. Kazımov 2008-2009-cu illərdə "British Petroleum”​ şirkətində Təchizat Proseslərinin İdarə Olunması şöbəsində də çalışıb. İngilis, rus və türk dillərini bilir.
 
(unikal.org)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...