Elmar Vəliyevin qardaşı 3,6 milyon manatlıq tenderi qazandı

Elmar Vəliyevin qardaşı 3,6 milyon manatlıq tenderi qazandı
"Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Sfera.az bildirir ki, tender müsabiqəsinin qalibi "Rusel” şirkəti (VÖEN- 1600133861) olub.

"Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün "Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcək. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilir. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün "Dövlət Məşğulluq Agentliyi” "Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Rusel” şirkəti 23.06.1994-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Vəliyev Şahmar Rüstəm oğludur.

Onu da bildirək ki, "Rusel” şirkətinin qanuni təmsilçisi (direktoru) Vəliyev Şahmar Rüstəm oğlu Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyevin və  Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Hazırda Şahmar Vəliyev "Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin prezidentidir.
 
(yeniavaz.com)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...