Karantin rejimi psixikamızı belə məhv edir – Psixoloqdan açıqlama

Karantin rejimi psixikamızı belə məhv edir – Psixoloqdan açıqlama
Artıq bir ildən çoxdur ki, karantin rejimində yaşayırıq. Aylarla toy, şənlik, gülər üz görməyən insanlar həm də küçədə xoş sima əvəzinə tibbi maskalı şəxslərlə qarşılaşırlar.
 
Maraqlıdır, bu durum insanların ruh halına, depresiyaya, intiharlara meyllənməsinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı psixoloq Fərqanə MehmanqızıSfera.az-a hər kəsdə bədbinlik, aqressiya, somatik depressiya, panik atak, xroniki depressiya əlamətlərinin görüldüyünü bildirib:
 
"Çünki insanlar bir ildən çoxdur, karantinin nəticələrindən əziyyət çəkirlər. Onlarda azadlıq hissinin məhdudiyyəti var. Biz hər an pis nəsə baş verə biləcəyini anlayır və sanki bunu gözləyirik. Ən böyük zərbə isə sabah hansı xəbərlərin, məlumatın olacağını bilməməkdir. Bu kimi faktlar insanlarda daxili aqressiyaya səbəb ola bilir. Təbii ki, bunlar da intiharların artmasına, ailədaxili şiddətin çoxalmasına və bədbinliyə gətirib çıxarır”.

Psixoloq qeyd edib ki, bu gün işlə bağlı məhdudiyyətlər, insanların asosiallaşması, özünü sosial mühitdə tətmin edə bilməməsi, bir-birilə münasibət qura bilməməsinə gətirib çıxarır:
 
"İnsanlar bir həftə, bir ay sonranın planını cıza bilmirlər. Planları alt-üst olur. Bu da insan psixologiyasında müəyyən sarsıntılara səbəb ola bilər. Hər bir şəxs müəyyən hadisələri özünün psixoloji durumuna uyğun olaraq dəyərləndirir. Pandemiyanın zərəri isə hazırda  psixoloji durumu zəif insanlarda daha çox hiss olunur”.

F.Mehmanqızının sözlərinə görə, Azərbaycan xalqının normal duruma adaptasiyası çətin olacaq : "Çünki biz emosional cəmiyyətik. İnsanların psixoloji ruh halının normallaşması müəyyən müddət alacaq. Bu müddətdə nələrin baş verəcəyi və cəmiyyətimizə necə təsir edəcəyini isə zamanla görəcəyik”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...