\"Təcili bu toy, nişan qadağasına bir əncam çəkmək lazımdır, əks halda bölgə qan çanağına dönəcək\" - Seymur Baycan

\
"Azərbaycanlıların heç bir fədakarlıq etmək istəmədən bütün ali adlara, məqamlara, statuslara iddiada bulunmaqları haradasa başa düşüləndir. Onlar öz mövqelərində tamamilə haqlıdılar”.

Sfera.az xəbər verir ki, bunu yazıçı Seymur Baycan deyib. O bildirib ki, bu dəqiqə azərbaycanlıları narahat edən ən vacib məsələ toyların qadağan olunmasıdır:

"Sabah konservatoriyanı bağlayıb yerində kababxana açsalar, beş-altı adamdan savayı heç kimin tükü də tərpənməyəcək. Necə ki, kitabxanaları bağlayıb yerində kababxanalar açanda beş-altı adamdan savayı heç kimin tükü də tərpənmədi. Bu dəqiqə azərbaycanlıları narahat edən ən vacib məsələ toyların qadağan olunmasıdır. 

Onlara şadlıq evi lazımdır. Gedib orada atlanıb-düşsünlər, qızıllarını, o iyrənc paltarlarını bir-birlərinə göstərsinlər, mahnı oynamaq üstündə dalaşsınlar, bıçaqlaşsınlar, toyda özlərinə arvad, ər tapsınlar, artsınlar, çoxalsınlar, doğub-törəsinlər… Gah orada gizli toy keçirirlər, gah burada gizli nişan keçirirlər. Adamda belə təəssürat yaranır ki, elə bir fəaliyyəti qadağan olunmuş hansısa təşkilat zirzəmidə zadda gizli tədbirlər keçirir, gizli mətbəədə vərəqələr çap edir… Nə olub? Dünyanın axırıdır?”.

Yazıçı "Toy qadağan olunub, olmaz, vəssalam” sözləri ilə fikrinə davam edib: 

Yəni bunu başa düşmək bu qədər çətindir? Yox, azərbaycanlılar toysuz qala bilməzlər. Azərbaycanlılar üçün toysuz qalmaq elə dünyanın axırı deməkdir. Çünki toy, şadlıq evi, mahnı, oynamaq üstündə dalaşmaq, bıçaqlaşmaq onların həyatının yeganə mənasıdır. Bu toy qadağası bir az da davam etsə, azərbaycanlılar hansısa ölkəyə hücum edəcəklər. Təcili bu toy, nişan qadağasına bir əncam çəkmək lazımdır. Əks halda bölgə qan çanağına dönəcək. Tam ciddiyəm, heç kim fikirlərimi absurd kimi qəbul etməsin”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...