İsraildən ölkəmizə humanitar həkim heyəti gəldi - FOTOLAR

İsraildən ölkəmizə humanitar həkim heyəti gəldi - FOTOLAR
YAŞAT Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a bildiriblər ki, 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə edib. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

 
Xatırladaq ki, "YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...