Ziya Məmmədovun qardaşının məşhur şirkəti bu şirkətlə birləşdi - FOTO

Ziya Məmmədovun qardaşının məşhur şirkəti bu şirkətlə birləşdi - FOTO
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirmiş və  uzun illər kompleksi idarə etmiş "Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib.

Sfera.az xəbər verir ki, fəaliyyətinə xitam verilən "Bakı-XXI Əsr” MMC "Top Properties” MMC-yə birləşib.

"Top Properties” Məhdud Məsuliyyətli Cəmiyyəti "Bakı-XXI Əsr” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.

Xatırladaq ki, Ötən il "Bakı-XXI Əsr” MMC-nin tərkibindən ayrılma baş vermiş və nəticədə "Krosvey" MMC yaradılmışdı. Bununla əlaqədar "Bakı-XXI Əsr”  yenidən təşkil olunmuşdu.

Qeyd edək ki, "Bakı XXI Əsr” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsusdur.

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib. 

"Top Properties” isə ötən il yaradılıb. Onun nizamnamə kapitalı 24 milyon 62 min 310 manat  50 qəpikdir.  "Top Properties” MMC "Top Texnoloci” MMC və "Modern Texnoloci & İnvestmənts” MMC şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. Şirkətin qanuni təmsilçisi isə Vasif Məcnunov Əfi oğludur. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın hərbi gəmiləri bu ölkəyə yola düşdü - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz ...

“Hər məntəqəni, hər hədəfi vuracağıq” - Netanyahu

“Tezliklə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri görəcəksiniz”.   Sfera.az xəbər verir ki bunu İsrailin Baş na...

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...

Bilgəhdə uşaq dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə m...

Sabahdan başlayır - Tamamilə ödənişsiz!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, P...

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini a...