Nyu-York mafiyasının başçısı öldü

Nyu-York mafiyasının başçısı öldü
ABŞ-ın Şimali Karolina federal həbsxanasında mafioz klanın aparıcısı Qambino Piter Artur Qotti 81 yaşında ölüb.

Sfera.az xəbər verir ki, məlumatı "Associated Press” yayıb.

Bildirilib ki, Piter 2002-ci ilədək Nyu-York mafiyasına başçılıq etmiş Con Qottinin böyük qardaşı idi. Con öləndən sonra Piter mafiyaya başçılıq edib. Onun vəzifəsinin öhdəsində pis gəldiyi deyilir. O, cinayətkar klanın "ən ürəyi yumşaq başçısı" sayılıb.

Piter 2003-cü ildə mühakimə olunub və 17 il azadlıqdan məhrum edilib. Mafiya başçısı fevralın 26-da Batner şəhərində müalicə olunduğu federal hospitallardan birində ölüb. Həkimlər Piterin təbii səbəbdən və səhhətinin zəif olmasından öldüyünü bildiriblər.

Qambino klanı 1902-ci ildə formalaşıb. O, İtaliya-Amerika mafiyaları arasında 5-liyə daxildir. Bu "beş ailə” Nyu-Yorkda mütəşəkkil cinayətlərə nəzarət edir.

OXŞAR XƏBƏRLƏR

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...