“Paşinyan dedi ki, Qarabağ bizim üçün baş ağrısıdır” - Erməni jurnalist

“Paşinyan dedi ki, Qarabağ bizim üçün baş ağrısıdır” - Erməni jurnalist
Tanınmış erməni jurnalist Nairi Hoxikyan hazırda ölkəsi üçün ciddi problemə çevrilmiş baş nazir Nikol Paşinyanla olan xatirələrindən söz açıb.

Sfera.az xəbər verir ki, o, Paşinyanın əvvəldən Qarabağı Azərbaycan ərazisi kimi gördüyünə işarə vurub:

"İllər öncə Aşot Bleyan azərbaycanlı jurnalistləri və insan haqları müdafiəçilərini Ermənistana dəvət etmişdi. Təşəbbüs jurnalist və redaktor olan Nikol Paşinyan tərəfindən dəstəklənmişdi. Regional məsələləri işıqlandıran jurnalist kimi məni də azərbaycanlılarla görüşə dəvət etdilər. Tədbirdə Aşot Bleyan, Georgi Vanyan, Nikol Paşinyan, Elnur adlı şəxs və digərləri iştirak etdilər. Müzakirəmiz zamanı Elnur Azərbaycanın gücünün xeyli artması səbəbindən bizi Ermənistanın müqavimət göstərə bilməyəcəyinə inandırmağa çalışırdı və "reallıqla barışmaq daha yaxşıdır" deyirdi. Mən Azərbaycanın gücünə arxayın olaraq müharibə edəcəyini deyəndə, Nikol Paşinyan belə cavab verdi: "Nə vaxt anlayacaqsınız ki, Qarabağ bizim üçün baş ağrısıdır? Bu baş ağrısından nə qədər tez qurtarsaq, bir o qədər yaxşıdır."

Paşinyanın iradına bir sualla cavab verdim - "Başınız ağrıyanda başınızı kəsirsiniz?". Nikol açıq şəkildə cavab vermək istəmədi ki, Qarabağ bizə heç vaxt lazım olmayıb. xüsusilə də, onun əvəzində Azərbaycan və Türkiyə ilə olan yolları itirmişik.

Nikol Paşinyan Aşot Bleyan və Elnurun dəstəyi ilə inad edirdi ki, Qarabağı qaytarmaqla Azərbaycan, Türkiyə, Naxçıvan və İrana gedən yollar əldə edəcəyik. Bu gün əsas olan yaxşı yaşamaqdır, hansısa anlaşılmaz millətçilik deyil. Qarşılıqlı təhqirlərlə mübahisə etdik. Nikol məni "beyinsiz vətənpərvər" adlandırdı. 12 il sonra 2019-cu ilin may ayında artıq baş nazir olan Paşinyanla bir ünsiyyətim oldu. Soruşdum ki, Qarabağ hələ də baş ağrısı verir? Gülümsədi, dedi: "Sən hələ də həmin "vətənpərvər"sən?". (Azvizion)

OXŞAR XƏBƏRLƏR

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...