“Xocalı faciəsini daha çox xaricdə tanıtmalıyıq” – Elçin Şıxlı medianın üzərinə düşən missiyadan danışdı

“Xocalı faciəsini daha çox xaricdə tanıtmalıyıq” – Elçin Şıxlı medianın üzərinə düşən missiyadan danışdı
Adətən 20 Yanvar hadisəsi, Xocalı soyqırımı ərəfəsində və ya həmin gün televiziyaların fəaliyyəti tənqid edilir. Əyləncəli verilişlərin yayımlanması çoxluğun etirazına səbəb olur.

Bu il də eyni hal müşahidə edilirmi? Televiziyaların, ümumiyyətlə, media qurumlarının Xocalı faciəsinin tanıdılması istiqamətindəki fəaliyyəti qənaətbəxşdirmi?

Azərbaycan Jurnalistlər Birliyinin sədri,"Ayna”-"Zerkalo” nəşrlərinin baş redaktoru Elçin Şıxlı Sfera.az-a açıqlamasında 20 Yanvar hadisəsinin üstündən 31, Xocalı soyqırımının üstündən 29 il keçdiyini vurğulayıb və sözlərinə belə davam edib:
 
"Biz həmin tarixlər ərəfəsində yas tutmamalıyıq. 20  Yanvar birincisi, bizim qürur yerimizdir. O zamanlar dəfələrlə həm qəzet olaraq, həm də ümumiyyətlə deyirdik ki, həmin gün yas deyil, biz vətəni müdafiə etmişik. Bəli, faciədir, amma qürur günümüzdür və ağlaşmamalıyıq.
 
Xocalıya gəlincə, bu, böyük faciədir, soyqırımdır. Onu biz dünyaya tanıtmalı və bu istiqamətdə verilişlər hazırlamalıyıq. Yenə deyirəm, bu o demək deyil ki, hamı ağlamalıdır. Bu, bizim üçün hüzndür, dəhşətli hadisədir. Ola bilsin ki, hansısa kanallar 3 gün qalmış əyləncəli verilişlər veriblər. Buna görə heç kimi qınamaq doğru deyil. Sadəcə olaraq, barıtını çox edə bilərlər. Ağlaşma ilə milləti tərbiyə etmək olmaz. Gənclərə, millətə bu cür faciələrin olduğunu aşılamaq lazımdır. Artıq qələbə qazanmışıq və inşallah 30 illikdə Xocalının özündə soyqırım anılacaq. Boş yerə dizə vurub, saç yolmağın əleyhinəyəm”.

Müsahibimiz Xocalı faciəsinin tanıdılması istiqamətində  KİV-lərin fəaliyyətindən də söz açıb: "Bilirsiniz, müxtəlif fondlar tərəfindən – xüsusilə Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə aksiyalar keçirilir. Azərbaycanda özümüz deyib özümüz eşitməkdənsə, daha çox xaricə işləməliyik. Xaricdə isə bizim KİV-lərə nə baxan var, nə də eşidən. Varsa da, nadir hallarda olur. Sadəcə olaraq müəyyən aksiyalar, tanıtımlar keçirilməlidir,  bununla bağlı işləmək lazımdır. Təbii ki, bizim kütləvi informasiya vasitəslərimizin işi də belə olmalıdır ki, xaircdəki müxbirlərimiz bu barədə yazılar yazmalı, xarici mətbuat orqanlarına çıxmağa çalışmalıdır. Ölkə daxilində özümüzü nə qədər "öldürsək də”, bu haqda danışmağımızın xaricə heç bir təsiri olmur”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...