ABŞ İranın Suriyadakı hərbi obyektlərinə aviazərbələr endirdi

ABŞ İranın Suriyadakı hərbi obyektlərinə aviazərbələr endirdi
ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib.

Sfera.azxəbər verir ki, bu barədə ABŞ administrasiyasının iki nümayəndəsinə istinadən "Reuters” agentliyi bildirib.

Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub. "Reuters” bildirib ki, ABŞ prezidenti Cozef Bayden hava zərbəsinin endirilməsini bəyənib.

Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyində bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub. Qeyd edilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.

"Politico" isə bildirib ki, ABŞ iranyönlü döyüşçülərin istifadə etdiyi binaya hava zərbəsi endirib. Zərbə nəticəsində bir neçə bina dağılıb. Pentaqon məlumatı təsdiqləyib.

Xatırladaq ki, fevralın 22-də Bağdadın "yaşıl zona” adlandırılan hissəsi raket atəşinə məruz qalıb. "Al Arabiya” telekanalının məlumatına görə, şəhərin bu hissəsində dövlət idarələri və xarici diplomatik nümayəndəliklər, həmçinin ABŞ səfirliyi yerləşir. Əraziyə azı üç reaktiv mərmi buraxılıb. (Report)

OXŞAR XƏBƏRLƏR

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...