“Dövlət İmtahan Mərkəzinin qərarları reputasiyasına zərər verir” - Açıqlama
15:14 / 23.02.2021
2166
28
fevralda magistraturaya qəbul
imtahanları keçiriləcək. Digər tərəfdən pandemiya ilə əlaqədar şənbə və bazar
günləri ictimai nəqliyyat işləmir. Bu o deməkdir ki, 20 minə yaxın namizəd
imtahana taksi ilə getməli olacaq və bu da tələbələrin narazılığına səbəb olub.
Təhsil
eksperti Elvin Bədirov problemlə bağlı Sfera.az-a açıqlamasında bildirib ki,
ümumiyyətlə, son illərdə Dövlət İmtahan Mərkəzinin atdığı addımlar və verdiyi qərarlar
təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır:
"Buna
xeyli haqlı səbəblər də var. İmtahan qiymətlərinin dəyərindən qat-qat baha qiymətə
olması, bir imtahanın çox uzun intervalla iki dəfə keçirilməsi Dövlət İmtahan Mərkəzinin
bu illər ərzində gördüyü çox möhtəşəm işlərə və əla reputasiyasına zərər verir.
Yaxşı
olardı ki, Dövlət İmtahan Mərkəzi magistr qəbul imtahanını fevral və iyun kimi
uzaq aylarda edəcəyinə, bir-birinə yaxın aylarda, məsələn, may və iyun aylarında
edərdi. Əks halda ictimaiyyət də bunun iki şans kimi deyil, kommersiya məqsədi
olaraq anlamazdı”.
Ekspert
düşünür ki, şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi və imtahan
günlərinin isə həftə sonlarına salınması məcburiyyətdəndir və alternativi
yoxdur:
"Nəzərə
alsaq ki, imtahanların keçiriləcəyi binalar həftə içi tədris üçün istismardadır
və eyni zamanda imtahan zal nəzarətçiləri də əsasən, məktəblərdə tədris aparır,
magistr namizədlər üçün əlavə xərc yaratmış olsa da bu günün şərtlərində ən əlverişli
addım məhz şənbə və bazar keçirilməsidir. Həm yolların tıxaclarla zəngin olduğu
bu günlərdə qismən rahatlıq yaradar, həm də əlavə günlük stresdən namizədləri
xilas etmiş olar”.
Günay
Sfera.az