Rza Zərrab Ebru Gündəşlə belə tanış olub

Rza Zərrab Ebru Gündəşlə belə tanış olub
ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab vəkili Bencamin Brafman vasitəsilə məhkəməyə 10 milyon dolları nağd, cəmi 50 milyon dollarlıq girov ödəməyi təklif edib.
Brafman bu girov qarşılığında müvəkkilinin Nyu-Yorkda 24 saat ərzində silahlı mühafizəçilərin nəzarəti altında qala biləcəyi bir evdə saxlanılmasını tələb edib. Məhkəməyə təqdim olunan 22 səhifəlik girov təklifində Zərrabın qalacağı evdən ancaq müalicə, vəkillə görüş, ibadət və məhkəmədəki məhkəmə iclasları üçün çıxa biləcəyi qeyd edilib. Baş prokuror Preet Bharara Zərrabın vəkilinin təklifini yetərsiz sayaraq onu rədd edib. Zərrabın vəkili bununla kifayətlənmək niyyətində deyil. O, bu məsələ ilə bağlı yenidən məhkəməyə müraciət edəcək.
Rza Zərrabın girov ərizəsində həyat yoldaşı müğənni Ebru Gündəşlə necə tanış olduğu  isə belə izah edilib: "Türkiyənin məşhur müğənnisi Ebru Gündəş cənab Zərrabın qardaşının 2005-ci ildə baş tutan toyunda səhnəyə çıxıb. Cənab Zərrab Gündəşin uzun müddət heyranı olub. Zərrab sevdiyi müğənni üçün bir neçə mahnı bəstələyib ortaq dostları vasitəsi ilə ona göndərib. Bu hadisədən çox təsirlənən Gündeş Zərrab ilə görüşmək istədiyini söyləyib. Bu görüşdən sonra cütlük  bir-birlərinə aşiq olub. 2010-cu ilə onlar evlənməyə qərar verib, 2011-ci ildə isə cütlüyün qızı dünyaya gəlib. Gündəş Zərrabın bəstələdiyi mahnılardan ibarət albom da çıxarıb. Zərrab həbsindən dolayı bu evliliyi fəda etməyəcək".
Ərizədə Zərrabın ciddi sağlamlıq problemləri: bağırsağında polip, mədəsində xora və böyrəyində problem olduğu da bildirilib. Zərrabın həkim tərəfindən mütəmadi olaraq həkim nəzarətində saxlanılmalı olduğu, girov təklifi qəbul edilərsə, səhhətinin yaxşılaşacağı da qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...