Qarabağda erməni gənclər bir-birini bıçaqladı, ölən var

Kriminal
13:15 / 18.02.2021
901
Tərtər rayonunun Ağdərə qəsəbəsinin ermənilər yaşayan hissəsində gənclər arasında baş verən bıçaqlanma nəticəsində bir nəfər ölüb.
Sfera.az xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.
Bildirilib ki, iki nəfər arasında mübahisə düşüb. Tərəflərdən biri o birini mətbəx bıçağı ilə bıçaqlayıb. Nəticədə 28 yaşlı gənc ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.