İranda 5,6 bal gücündə zəlzələ

Dünya
00:00 / 18.02.2021
1911
İranın cənub-qərbində zəlzələ olub.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 5,6 bal gücündəki zəlzələ Kohqiluyə-Buyer Əhməd əyalətində baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzindən bildirilib ki, əyalətin Dena rayonunda qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik itki, tələfat və dağıntı barədə açıqlama verilməyib.