AEBA-nın baş direktoru Tehrana səfər edəcək

Dünya
20:20 / 17.02.2021
1810
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi fevralın 20-də Tehrana səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə İranın AEBA-daki daimi nümayəndəsi Kazem Qaribabadi tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, baş direktor Tehranda İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığın perspektivini müzakirə edəcək.