Safurə Əliyeva Səmradan nələr dedi

Safurə Əliyeva Səmradan nələr dedi
"Eurovision 2010” təmsilçimiz Safurə Əliyeva yarışmanın builki iştirakçısı Səmra Rəhimli ilə bağlı fikirlərini bölüşüb. 

Axşam.az-ın məlumatına görə, S.Əliyeva "1news.az ”a açıqlamasında həmkarının mahnısını və çıxışını bəyəndiyini deyib:
 
"Eurovision 2016”nı izlədim. Gözəl və layiqli mahnılar çox idi. Azərbaycan təmsilçisi Səmra Rəhimliyə gəldikdə isə "Miracle” mahnısı çox xoşuma gəldi. Səmranın çıxışı, səhnə şousu da yaxşı idi. Unutmaq lazım deyil ki, bu, beynəlxalq müsabiqədir, buna milyonlarla auditoriya baxır. Ən peşəkar ifaçı da həmin an özünü itirə bilər. Həttarrusiyalı müğənni Sergey Lazarev müsahibəsində demişdi ki, "Eurovision” səhnəsi digərlərinə bənzəmir. Səmra Rəhimli qarşısına qoyulan tapşırığın öhdəsindən uğurla gəldi. 

Düzdür, mətbuat konfransı zamanı bəzi nüanslar oldu. Amma bu, onun günahı deyildi. Bu, onu hazırlayan komandanın günahıdır. Görünür, onun üzərində cavabdeh olacağı məsələ ilə bağlı iş aparılmayıb, heç komanda özü də buna hazır deyildi. Həmin anda yanında məsələyə müdaxilə edə biləcək insan olmalıdır, sənətçiyə ünvanlanan suala cəld cavab verməlidir”.

S.Əliyeva S.Rəhimlinin 17-ci yeri tutmasına da münasibət bildirib:

"17-ci yer əsas deyil. Əsas "Miracle” mahnısının dünya standartlarına cavab verə biləcək tərzdə yazılmasıdır. Bəstənin yaddaqalan olması əsasdır. "Eurovision”da iştirak edən təcrübəli biri olaraq deyə bilərəm ki, mənim müsabiqədəki "Drip drop” mahnım hələ də radiolarda səsləndirilir. Klip isə Avropa kanallarında yayımlanır. Əsl uğur və vaciblik də budur.

Səmra Rəhimli gözəl vokalçıdır və səhnəyə yaraşır. Avropa onu sevir və qəbul etdi. Öz adımdan onu uğurlu çıxışına görə təbrik edirəm və uğurlar arzulayıram”.

Qeyd edək ki, S.Əliyeva energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. O, ərə getdikdən sonra sənətdən uzaqlaşıb və İstanbulda yaşayır. 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...