Avropa Komissiyasına “TikTok”dan şikayət edildi

Avropa Komissiyasına “TikTok”dan şikayət edildi
Avropa İstehlakçılar Birlikləri Bürosu (BEUC) "TikTok” qısa videolar servisindən Avropa Komissiyasına şikayət edib.

Sfera.az xəbər verir ki, BEUC-nin saytında yerləşdirilən açıqlamada həmin servisin istehlakçı hüquqlarını pozduğu bildirilir.

Belə ki, "TikTok”un təhlükəli məzmunlarından yetkinlik yaşına çatmayan istifadəçilərin müdafiə olunmadığı bildirilir: ”TikTok” uşaq və yeniyetmələri platformunda mövcud olan gizli təhlükələrdən, reklamdan, zərər kəsb edə biləcək məzmunlardan qorumaq iqtidarında deyil. BEUC və üzvləri Aİ-də istehlakçı hüquqlarına əməl olunmasını təmin etmək üçün "TikTok”un siyasətini və addımlarını hərtərəfli araşdırmağın tərəfdarıdır”.

Bununla yanaşı, "TikTok”un istifadəçilər tərəfindən paylaşılan videolara dair müəllif hüquqları ilə bağlı siyasətinin də haqsız olduğu irəli sürülüb: "Müəllif hüququ da istifadəçilər tərəfindən paylaşılan videoları ödənişsiz istifadə etmək, yaymaq, surətini çıxarmaq üçün "TikTok”a geri dönüşü olmayan ixtiyar verdiyi üçün eynilə haqsızdır”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...