Ərdoğan Qərbə səsləndi: “Niyə səsin çıxmır?”

Ərdoğan Qərbə səsləndi: “Niyə səsin çıxmır?”
"Şəhidlərimizin ağrısı ürəyimizi yandırarkən mübarizə əzmimizi də gücləndirir. Hara gizlənirlər gizlənsinlər, girdikləri yerdə onları tapacaq və orada öldürəcəyik. Gənclərimiz bu torpaqları terrorçular üçün məzar edəcək”.

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Trabzonda keçirilən qurultayında deyib.

"13 məsumun edamı zamanı bir neçə cılız səsdən başqa Türkiyənin yanında heç kimi görə bilmədik. Ey Qərb, niyə səsin çıxmır, haradasınız? 15 iyul oldu səsiniz çıxmadı, bu hadisədə də yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da biz vəzifəmizi bilirik. Bu terrorçulara ölkəmizdə fürsət verməyəcəyik”, - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Qarada baş verənlər Ankaranın sərhədlərindən kənarda təhlükəsizlik bölgəsi yaratmaq qərarını daha da möhkəmləndirib:

"Qara süqut etdi, iş bitdi. Əhəmiyyətli irəliləyiş əldə etdiyimiz əməliyyatlarımızı qarşıdakı dövrdə təhdidlərin yüksək olduğu bölgələr istiqamətində genişləndirəcəyik”.

OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...