Türkiyədə dəhşətli qəza - 5 ölü, 38 yaralı

Türkiyədə dəhşətli qəza - 5 ölü, 38 yaralı
Türkiyənin Konya vilayətinin Karapınar şəhərində dəhşətli yol qəzası baş verib. Yol kənarına aşan yük maşınına yardım etmək üçün dayanan minik avtomobilinə avtobus çırpılıb. Toqquşmadan sonra yol kənarına aşan avtomobil və avtobusda 5 nəfər həyatını itirib, 38 nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, qəza gecə saat 03:30 radələrində baş verib. Ahmet Kurtun idarə etdiyi yük maşını sürüşkən yol səbəbindən idarəetməni itirərək yol kənarına aşıb. Həmin an yoldan keçən Rahim Ergünay idarə etdiyi avtomobili yolun sağında saxlayaraq yük maşını sürücüsünün köməyinə qaçıb. Bu vaxt Ümit Özkanın idarə etdiyi avtobus yolun sağında park edilmiş avtomobili vurub.

Qəzada 2 nəfər avtomobildə, 3 nəfər avtobusda olmaqla 5 nəfər həyatını itiri, 38 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Karapınar və Konya xəstəxanalarına aparılıb.

Qəzada ölən və yaralanan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi işlərinin davam etdiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...