Ərdoğan Baydenə ÇAĞIRIŞ ETDİ

Dünya
16:33 / 15.02.2021
1353
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenə müraciət edib.
Sfera.az xəbər verir ki, o, amerikalı həmkarını terrorçularla bağlı obyektiv mövqe tutmağa çağırıb.
"Separatçı terror təşkilatı 1984-cü ildən bəri 30 min mülki vətəndaşımızı qətlə yetirib. Bunların içində ana bətnindəki uşaqdan yaşlıyadək, fəhlədən müəllimədək, çobandan mollayadək – cəmiyyətin hər təbəqəsindən insanımız var. Dünyaya deyirik ki, gəlin bu alçaqların gerçək üzünü yaxşı görün. Cənab Bayden, sən də bunları yaxşı tanı. Amma bunları tanıyarkən FETÖ-nü də unutma”, - Ərdoğan vurğulayıb.