Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Sfera.az report-a istinadən bildirir ki, vergilər naziri Fazil Məmmədovun əmri ilə vergi xidməti 

müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə

 Baş İdarəsinə yeni rəis təyin edilib.

Vergilər nazirinin digər əmrinə əsasən, Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları

 və proqram təminatı şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.

Nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan resursları 

İdarəsi və mühasibat uçotu şöbəsinə nəzarət edəcək.

Nazirin digər müavini Sahib ƏIəkbərovun nəzarətinə isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmət

 Baş İdarəsi və analitik-informasiya şöbəsi verlib.

F.Məmmədovun digər əmri ilə büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən 

Habil Məmmədov həm də Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş

 İdarəsinin fəaliyyətini kuratorluq edəcək.

Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə 

Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır

Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.   Sfera.az xəbər verir ki, qanunla müəyyən olunmuş qaydada qohum evliliklər...

“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı - Geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.   Bu barədə Sfera.az-a Mərk...

Zukerberq “şəxsi super zəka” yaradacaq: Süni intelekt strategiyası dəyişir

"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaş...

FHN əhaliyə təkrar müraciət etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.   Sfera.az  müraciəti təqdim edir:   ...

Azərbaycanda daha bir zəlzələ oldu

Lənkəran-Lerik sərhəddində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.   Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysm...

Rusiya Suriya ilə yaxınlaşır - Görüş yaxşı nəticələnib

Moskvada keçirilən görüşdən sonra Suriyanın Xarici İşlər Naziri Əsəd Əl-Şeybani Rusiya ilə münasibətlərin yaxın gələcəkdə “əla istiqamətdə” inkişaf ...