Bakıda 50 yaşlı kişi qətlə YETİRİLDİ

Bakıda 50 yaşlı kişi qətlə YETİRİLDİ
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlu yaşadığı evdə sərxoş vəziyyətdə qohumları ilə mübahisə edib. Mübahisə zəminində onun bədəninin və alınınin müxtəlif nahiyələrinə 15 bıçaq zərbəsi vurulub.

O, çoxlu qan itirərək hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi və Rayon Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb edilib.

İki nəfər şübhəli şəxs qismində saxlanılıb.

OXŞAR XƏBƏRLƏR