Ekspert smartfonlardan silinməsi tövsiyə olunan tətbiqlərin adlarını açıqladı

Ekspert smartfonlardan silinməsi tövsiyə olunan tətbiqlərin adlarını açıqladı
Smartfonlardan beş növ tətbiqin silinməsi tövsiyə edilib.
"Rossiyskaya Gazeta”nın xəbərinə görə, bu barədə rusiyalı ekspert Anton Blaqoveşenski məlumat verib.

Mütəxəssis, ilk olaraq zəng edənin kimliyini müəyyənləşdirən tətbiqetmələri silməyi tövsiyə edib, çünki onlar sahibinin adını nömrəsi ilə birlikdə "istəyən hər kəsə” verir.

Bundan başqa, batareyaya qənaət tətbiqlərindən qurtulmaq məsləhət görülüb, çünki bunun heç bir effekti yoxdur.

"Ən yaxşı halda ən ağır proqramlar yaddaşdan boşaldılacaq, ancaq tezliklə daha çox sistem resursları xərclənərək yenidən yüklənəcək”, - deyə Blaqoveşenski bildirib.

Silinməsi tövsiyə edilən üçüncü tətbiq yaddaş təmizləyiciləridir. Onun sözlərinə görə, onlar yüklənən tətbiqləri yaddaşdan aqressiv şəkildə çıxardır, effekt isə qısamüddətli olur.

Silinə bilən tətbiqlərə fənər də daxil edilib. Çünki o, bütün mobil əməliyyat sistemlərinə daxil edildiyindən belə bir aləti yükləməyin mənası yoxdur. Eyni zamanda, yüklənmiş fənərlər tez-tez kontaktlara, zəng siyahısına və ya mesajlara giriş tələb edir.

"QR kodu və sənəd skanerlərindən də qurtulmağa dəyər. Çünki bu xüsusiyyətlər kamera tətbiqinə və Google Drive-a daxildir”, - deyə ekspert əlavə edib. Mütəxəssis xatırladıb ki, bu yaxınlarda sözügedən  tətbiqlərdən birində zərərli funksionallıq üzə çıxmışdı./oxu.az/

OXŞAR XƏBƏRLƏR

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...