Bakıda 17 yaşlı qız xəstəxanadan qaçdı: “27 gündür xəbər yoxdur” - FOTOLAR

Bakıda 17 yaşlı qız xəstəxanadan qaçdı: “27 gündür xəbər yoxdur” - FOTOLAR
Bakıda 17 yaşlı qız xəstəxanadan qaçıb.

Sfera.az bildirir ki, bu barədə oxu.az-a itkin düşən 2004-cü il təvəllüdlü Kifayət Vəlicanovanın atası Rauf Vəlicanov məlumat verib.

Atanın sözlərinə görə, qızı yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçıb:

"Qızım maştağada həmin xəstəxanada müalicə alırdı. Yanvarın 15-də xəstəxanada işçilərin səhlənkarlığı ucbatından iki nəfər qız ilə birlikdə qaçıb. Onunla qaçan uşaqlar tapılıb, amma mənim qızım tapılmayıb. Artıq 27 gündür qızımdan bir xəbər yoxdur. Polisə də məlumat vermişik”.

Atanın sözlərinə görə, qızı artıq bir neçə dəfə xəstəxanadan qaçıb:

"Əvvəl də xəstəxanadan qaçmışdı. Lakin 3-4 gün sonra tapılmışdı. Bu dəfə qayıtmayıb, xahiş edirəm ki, qızımı görənlər mənə məlumat versin”.

İtkinlə bağlı məlumatı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsindən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, axtarışlar davam etdirilir.

İtkin düşən qızın atasının əlaqə nömrəsi : +994-55-476-15-11


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...