Ermənistanda növbəti etiraz aksiyası keçirildi - Onlarla saxlanan var

Dünya
11:53 / 09.02.2021
837
İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilib.
Sfera.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar İqtisadiyyat Nazirliyinin qarşısına toplaşıb.
Onlarla şəxsin polis bölməsinə aparıldığı deyilir.
Qeyd edək ki, Ermənistanda N.Paşinyanın istefası tələbi ilə etirazlar ötən ilin noyabrından etibarən davam edir.