Türkiyə-Ermənistan sərhədində torpaq alqı-satqısı - Naməlum biznesmenlər

Türkiyə-Ermənistan sərhədində torpaq alqı-satqısı - Naməlum biznesmenlər
"Dağlıq Qarabağda döyüşlərin dayandırılması haqqında üçtərəfli saziş, digər məsələlərlə yanaşı, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Bu dəhlizin açılması istiqamətində hazırlıq işləri Türkiyədə Ermənistanla həmsərhəd olan ərazilərdə torpaq sahələri əldə etmək istəyənlərin sayının kəskin artmasına gətirib çıxarıb”.

Sfera.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalistlərə müsahibəsində Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

"Dağlıq Qarabağdakı müharibədən sonra Zəngəzurda dəhliz açılması qərarına gəlinib. Bunu eşidən yerli və xarici iş adamları Qars və Iğdırdakı torpaqlara maraq göstərib”, - deyə o qeyd edib.

ASİMDER-in rəhbəri, həmçinin əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər Qarabağ problemi ilə əlaqədar bağlı olub. Bu problemin həlli sərhədlərin açılması ilə bağlı şayiələrin yayılmasına səbəb olub.

Bu şayiələrin fonunda Qars və Iğdırda beşqat baha qiymətə torpaq almaq istəyən müxtəlif iş adamları və şirkətlər peyda olub.

"Vətəndaşlarımızı bu ərazilərdə torpaq satarkən ayıq-sayıq olmağa çağırırıq. Hər hansı şübhə yarandıqda dərhal təhlükəsizlik orqanları ilə əlaqə saxlamaq lazımdır”, - deyə o xəbərdarlıq edib.

Göksel Gülbey bu biznesmenlərin erməni diasporu ilə bağlı ola biləcəyini istisna etmir.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...