"Putin, Şoyqu və Lavrov erməni diversantların azad olunmasına şəxsən çalışır" - Səfir

"Vladimir Putin, Sergey Şoyqu və Sergey Lavrov Azərbaycandakı erməni əsirlərin qaytarılması üçün şəxsən çalışırlar”.

Sfera.az "Yerevan Today" saytına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Yerevan Universitetindəki konfransdan sonra jurnalistlərə deyib.

Qeyd edək ki, Kopırkin "erməni əsirlər" deyərkən Azərbaycan Ordusunun 26 noyabr 2020-ci ildə, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il atəşkəs Bəyanatından sonra, Xocavənddə saxladığı erməni diversiya qrupunun üzvlərini nəzərdə tutur.

Onun sözlərinə görə, məsələ şəxsən RF prezidentinin nəzarətindədir, lakin  proses uzun çəkəcək.

"Şişirtmədən deyirəm ki, bu məhz o məsələdir ki, Rusiya prezidenti, xarici işlər naziri və müdafiə naziri şəxsən məşğul olur. Məsələ böyük ehtimalla tez həll olunmayacaq. Amma inanın ki, bunun üçün maksimum səy sərf olunur”, - Kopırkin bildirib.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa cəlb edilib.

Onların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər. (Hit.az)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...