Ermənistanda Qarabağı müzakirə etdilər: Səfirlə sabiq liderlərin görüşü

Ermənistanda Qarabağı müzakirə etdilər: Səfirlə sabiq liderlərin görüşü
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın keçmiş liderləri ilə bütün aktual məsələləri və Qarabağdakı müharibədən sonra yaranmış vəziyyəti müzakirə etdiyini deyib.
 
Sfera.az xəbər verir ki, bu barədə səfir erməni jurnalistlərə açıqlamasında bildirib.

"2020-ci ilin sonunda baş verən faciəli hadisələrdən, Rusiyanın gördüyü işlərdən, sülhməramlı kontingent, Qarabağdakı Beynəlxalq Humanitar Mərkəzinin fəaliyyətindən, Ermənistana müxtəlif sahələrdə göstərilən yardımlardan danışdıq. Ölkədəki daxili siyasi vəziyyətlə bağlı qiymətləndirmələri dinləmək maraqlı idi”, - deyə Kopırkin əlavə edib.

Hakim komandanın növbədənkənar parlament seçkiləri keçirmək fikrindən imtina etməsinə gəlincə, Kopırkin deyib ki, qərar vermək Ermənistan rəhbərliyi və siyasi qüvvələrə aiddir.

Onun sözlərinə görə, Rusiya bunu Ermənistanın daxili işi hesab edir: "Düşünürəm ki, ölkənin olduğu çətin vəziyyət nəzərə alınmaqla, doğru qərar veriləcək. Həllinə ehtiyac duyulan çox vacib vəzifələr, ölkənin qarşısında dayanan problemlər var. Rusiya onların həllində fəal şəkildə kömək etməyə çalışır”.

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın böyük siyasətə qayıdışı ilə bağlı suala gəlincə, səfir erməni xalqının buna qiymət verməli olduğunu deyib. (Azvizion.az)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...