Türkiyədə növbəti “Evdə qal!” rejimi başlayıb

Türkiyədə növbəti “Evdə qal!” rejimi başlayıb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq "Evdə qal!” rejimi başlayıb.

Sfera.az xəbər verir ki, fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim fevralın 8-də saat 5:00-dək davam edəcək. Rejimi pozanlara qarşı ciddi tədbirlər görülür, o cümlədən pul cərimələri kəsilir.

Qeyd edək ki, hazırda Türkiyədə "Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Əhaliyə xəbərdarlıq edilib ki, dörd aya yaxın davam edən yeni sərtləşdirilmiş məhdudiyyətlərin bir qismi yumşaldılsa da, hələlik arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Yoluxma halında dinamik artım müşahidə olunsa, məhdudiyyət qaydalarına yenidən baxılacaq.

Xatırladaq ki, ölkə üzrə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...