Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmaya bilər – Təhsil Nazirliyindən açıqlama

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmaya bilər – Təhsil Nazirliyindən açıqlama
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib.

Təhsil naziri Emin Əmrullayevin də bildirdiyi kimi, koronavirusa qarşı 50 yaşdan yuxarı müəllimlər vaksinasiya olunacaq və bununla bağlı siyahı artıq hazırdır.

Maraqlıdır, müəllimlər könüllülük prinsipi əsasında həyata keçirilən vaksinasiyadan itmina edərsə, əyani şəkildə dərs keçməkdən məhrum olacaq, ya belə bir məhdudiyyət yoxdur?

Mövzu ilə bağlı Sfera.az-a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlamanın olacağını bildirib:

"Vaksinasiya ilə bağlı qərar yalnız Təhsil Nazirliyindən asılı deyil. Nazirlik bu məsələyə TƏBİB-lə birgə qərar verəcək. Vaksinasiya olunmayan müəllimlərin  mərhələli şəkildə, ya digər formada dərs deməsi tibbi protokol hazırlandıqdan sonra bəlli olacaq.
 
Hələ ki, müəllimlərin vaksinasiyasına start verilməyib, yaxın vaxtlarda bu məsələyə aydınlıq gətiriləcək".
 
Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...