Sənətçilər “Eurovision”-dan yazdı: “O səhnəyə balabanla, muğamla çıxmalıydıq”

Sənətçilər “Eurovision”-dan yazdı: “O səhnəyə balabanla, muğamla çıxmalıydıq”
"Eurovision-2016” mahnı müsabiqəsinin final mərhələsi baş tutub. Səsvermə nəticələrinə görə, ölkəmizi  "Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci sırada yer alıb.

Sfera.az xəbər verir ki, azərbaycanlı sənət adamları müsabiqə bitdikdən sonra fikirlərini sosial şəbəkədə bölüşüblər.

Əməkdar artist Nüşabə Ələsgərli siyasətin qalib gəldiyini bildirib: ” Ukraynanı təmsil etdi, türkcə oxudu, özü isə erməni idi.  Mən belə qarışıq şey görməmişəm. Kim udmalı idi ki? Siyasət...”

Aktyor Fərda Xudaverdiyev qeyd edib ki, müsabiqədə ifa olunan mahnıda milli alətlərdən istifadə olunmalıydı: "Məhz balabanla başlayan keçidləri,  təmiz azərbaycanca və etdi də... Amma təəssüf ki, bu bizim ifamızla olmadı”.

Bəstəkar-müğənni Murad Arif qalib Jamalanı Krım tatarlarının sürgünü mövzusunu  "Eurovision”-a daşıdığı üçün təbrik edib: "Hər il olduğu kimi  yenə də proqnozlarım düz çıxdı. Ya Ukraynanın, ya da Rusiyanın qalib gələcəyini demişdim. Bu da nəticə. Təmsilçi erməni qarışığı olan Jamala olsa da, Ukrayna dost ölkədir. Onları həm qələbə, həm də Krım tatarlarının sürgünü mövzusunu  "Eurovision”-a daşıdıqları üçün təbrik edirəm. 

Azərbaycanın İsveç bəstəkarı ilə  yenə də aşağılarda olmasını şərh etməyəcəyəm.  Gələn il bəlkə də, mən yazdım. Yetər ki, müraciət etsinlər, canımı qoyaram”.(Musavat.com)


OXŞAR XƏBƏRLƏR