Samux sakinindən narkotik götürüldü

Kriminal
08:32 / 28.01.2021
1457
Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin (QBRŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman təmiz çəkisi 6,758 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik torabada təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan marixuana aşkar edilib.
A.Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.