İrana qarşı sanksiyaların ləğvi ilə bağlı - Azərbaycandan bəyanat

İrana qarşı sanksiyaların ləğvi ilə bağlı - Azərbaycandan bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, XİN Avropa İttifaqının iştirakı ilə ötən ilin 14 iyulunda imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayıb:

“Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik.

Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan və İran arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.


OXŞAR XƏBƏRLƏR