Erməni hərbçilərin cəsədləri maşınlarda saxlanılır - Metsamorda

Erməni hərbçilərin cəsədləri maşınlarda saxlanılır - Metsamorda
Ermənistanda hərbçilərin cəsədlərinin saxlanıldığı meyitxanadan çəkilən foto sosial şəbəkələrdə geniş yayılıb.

Sfera.az xəbər verir ki, fotoda səyyar soyuducu yük maşınlarının morqun qarşısında olduğu görünür.

Görüntülər Metsamorda lentə alınıb.

"Hərbçilərin qalıqlarının saxlanıldığı Metsamor morqunun yaxınlığında "Spayka” şirkətinin loqosu olan soyuducular yerləşdirilib. Bununla bağlı vətəndaşlardan həyəcanlı siqnallar daxil olur. Qeyd edilir ki, müharibədə iştirak edən və şəxsiyyəti məlum olmayan əsgərlərin qalıqları Metsamor meyitxanasında çoxaldığı üçün soyuducular gətirilib”, - deyə məlumatda qeyd olunub.

Ermənilər bildirirlər ki, cəsədlərin artması ilə əlaqədar səyyar soyuducu maşınlarına ehtiyac yaranıb.

Qeyd edək ki, 13 noyabr 2020-ci ildən bəri Qarabağ münaqişəsi zonasında 1287 erməni cəsədi və qalıqları aşkar olunub. Axtarışlar müxtəlif istiqamətlərdə davam etdirilir. (Azvizion)

OXŞAR XƏBƏRLƏR

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...