“Tramp, Moskvaya qayıt” – Təyyarələrdən banner asıldı

19:13 / 25.01.2021
2529
ABŞ-ın sabiq prezidenti Donald Trampın Floridadakı iqamətgahının yaxınlığında təhqir məzmunlu banner daşıyan təyyarələr uçub.
Sfera.az xəbər verir ki, Floridada uçan təyyarələrin əks olunduğu foto və videolar Tvitterdə yayımlanıb.
Bannerlərdə "Tramp, sən acınacaqlı bir uğursuzsan”, "Moskvaya qayıt”, "Tramp tarixin ən pis prezidentidir” yazıları yer alıb. (Report)