“Səni təslim olmağa çağırıram...” - Kadırovun müşaviri mitinqdə polislə döyüşən çeçənə nə vəd etdi?

“Səni təslim olmağa çağırıram...” - Kadırovun müşaviri mitinqdə polislə döyüşən çeçənə nə vəd etdi?
Dövlət Dumasının deputatı və Çeçenistan rəhbəri Ramzan Kadırovun müşaviri Adəm Delimxanov Moskvadakı icazəsiz mitinqdə polislərlə döyüşən çeçen gəncə videomüraciət edib. Xartırladaq ki, araşdırmalardan sonra həmin gəncin 20 yaşlı Səid-Məhəməd Cumayev olduğu təsbit edilib.

Polis artıq həmin gəncin ailəsi ilə əlaqə yaradıb. Səid ailəsinə polislə döyüşərkən "qeyri-adekvat vəziyyətdə" olduğunu söyləyib. Yaxınları deyirlər ki, Cumayevin müxalifətlə heç bir əlaqəsi yoxdur, etiraz aksiyalarında da iştirak etmir.

Delimxanov öz müraciətində Cumayevi ən qısa müddətdə hakimiyyətə təslim olmağa çağırıb və qeyd edib ki, bu Çeçenistan hakimiyyəti də ola bilər. O, həmçinin söz verib ki, Kadırov "sözügedən məsələni hakimiyyətlə həll etməyə” kömək edəcək.

"Bildiyimiz kimi, Moskvada və ətraf bölgələrdə keçirilən  mitinqlərdə dolaşan şeytanlar eynicinsli evlilikləri dəstəkləyərək bəyan edirlər ki,  Rusiyada da bu cür qanunlar olmaslıdır. Biz  buna imkan vermirik, heç vaxt da imkan  verməyəcəyik, amma hamımız sosial şəbəkələrdə polisə müqavimət göstərən çeçen gənci gördük. Bil ki, sən bunu etməklə cinayət törətmisən, çünki eynicinsli nikahları dəstəkləyən Navalnı kimi insanlar bir müsəlman və çeçen olaraq bizə yaddır”,-deyə Demirxanov bildirib.

Delimxanov bundan əvvəl Cumayevin atası ilə danışdığını söyləyib və gənci İnstaqram vasitəsi ilə əlaqə yaratmağa çağırıb.
 
Mənbə: Lenta.ru
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...

Mirziyayev Azərbaycana yola düşdü

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana dövlət səfərinə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mə...