Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanıldı

Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanıldı
Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Hagop Xajiryan və Hagop Abrahami Terzian barəsində Azərbaycanda cinayət işi başlanılıb.

Sfera.az xəbər verir ki, hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Təqdimatlara Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Hər iki şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə), 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq), 214.2.3-cü ( odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq), 279.2-ci (Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, bu birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham verilib.

OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

“Gözünü çıxarıb,üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...