Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO

21:06 / 21.01.2021
5894
Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.
Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub. (Apa)
