“Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti

Dünya
00:05 / 21.01.2021
5263
ABŞ-ın yeni prezidenti Cozef Bayden inauqurasiya mərasimində çıxışı zamanı demokratiyanın qalib gəldiyini bəyan edib.
Sfera.az-ın məlumatına görə, 46-cı prezident çıxışında deyib:
"Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün namizədin deyil, hədəflərin zəfərini qeyd edirik. Məqsəd demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq. Və bu saat dostlar, demokratiya qalib gəldi”.