Putinin şərəfinə keçiriləcək yarış təxirə salındı

Putinin şərəfinə keçiriləcək yarış təxirə salındı
Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Yaponiyada keçirilən ənənəvi sambo çempionatı təxirə salınıb.

Sfera.az xəbər verir ki, bu barədə TASS-a turnirin İcraiyyə Komitəsinin sədri, Yaponiya Sambo Federasiyasının vitse-prezidenti Nobuyuki Asai bildirib.

O, fevralın 7-də Yaponiyanın paytaxtı Tokioda baş tutacaq yarışın koronavirusun ölkə ərazisində yayılması səbəbindən iyulun 25-nə təxirə salındığını açıqlayıb. 23 iyul - 8 avqust tarixlərində isə Tokioda Yay Olimpiya Oyunları keçiriləcək.

Qeyd edək ki, əvvəlki analoji yarış 46-cı Yaponiya çempionatı olub və səkkizinci dəfə Rusiya Prezidenti Kuboku adlandırılıb. Ötən ilin fevralında baş tutmuş son yarışda təxminən 100 idmançı iştirak edib.
 



OXŞAR XƏBƏRLƏR