Jurnalist özünü asdı

Jurnalist özünü asdı

Poltavada yerli "Qromadsk TB"nin jurnalisti Anatoli Melejika dünən öz mənzilində intihar edib.

Modern.az Ukrayna mediasına istinadən bildirir ki, jurnalist özünü asmazdan əvvəl sosial şəbəkədə vida məktubu yazıb.

Bunu oxuyandan sonra əməliyyatçılar Melejikanın evinə gəliblər, onlar qapını sındırıb içəri girəndə onun meyitini aşkar ediblər.

"Avtomobil, noutbuk, şəxsi hesabımdakı 10 min qrivnanı və nəyim varsa hər şeyi Lyudmila Qudzaya vəsiyyət edirəm", - jurnalist intihardan əvvəl yazıb.

"Siz bu sözləri oxuyanda, mən artıq bir saat əvvəldən sağ olmayacağam, ona görə tələsməyə bilərsiniz, məni artıq xilas edə bilməyəcəksiniz", - jurnalistin Facebook səhivəsində belə məzmunlu yazı da olub.

O, öz yazısında "Qromkadsk TB. Poltava"nın redaktorunu da ölümündə günahkar bilib.

"Qromadsk TB"nin rəhbəri Boqdan Zvyaqolski isə deyib ki, jurnalist 20 min qrivna mənimsəməkdə təqsirkar bilinirdi.

Poltava vilayəti polisinin rəhbəri Oleq Bexanın sözlərinə görə, ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...