“Peyvənd pasportları tövsiyə olunmur” - ÜST RƏSMİSİ

“Peyvənd pasportları tövsiyə olunmur” - ÜST RƏSMİSİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda dünyada koronavirus peyvəndinin yetərli olmadığı və virusun yayılmasına təsiri barədə natamam məlumat verildiyi üçün səyahət edənlərə peyvənd pasportlarının tətbiq edilməsini tövsiyə etmir.

Sfera.az xəbər verir ki, bunu ÜST-nın Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç "Rusiya-24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, hələ peyvəndin praktik olaraq virusu keçirməyə nə dərəcədə mane olması ilə bağlı dəqiq məlumat olmadığından səyahətçilərdən peyvənd olunmaq tələbi edilməyəcək.

"Əlbəttə, peyvənd xəstəliyin ağır keçməsinin qarşısını alır, səhiyyə sisteminin işini rahatlaşdırır, amma bizim daha çox araşdırmaya ehtiyacımız var”.

ÜST nümayəndəsi bildirib ki, peyvəndin bütün ölkələrə çatmaması böyük bərabərsizlik yaradır.

"Peyvənd pasportları məsələsi əlbəttə ki nəzərdən keçirilir, baxmayaraq ki, bu məsələ bir çox ölkədə müzakirə olunur, indi ÜST bunu tövsiyə etmir”, - deyə o qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...