20 Yanvar şəhidlərinin xatirəsi Berlində də anıldı

20 Yanvar şəhidlərinin xatirəsi Berlində də anıldı
Bu gün Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, həmin günün, eyni zamanda, müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifələrindən biri, qürur və şərəf tariximiz olduğunu vurğulayıb. Bildirib ki, qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ancaq qəhrəman övladlarımız canlarını qurban verərək Azərbaycan xalqının azadlığı, ölkəmizin müstəqilliyi üçün yol açıblar.

Səfir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin qanının yerdə qalmadığını, ölkəmizin tarixi Zəfər qazandığını və Qələbəmizin şəhidlərin ruhuna ehtiramın ən yüksək ifadəsi olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, 20 Yanvar qəhrəmanlıq tariximizdən uzun müddət keçsə də, baş verənlər unudulmur, Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastan olur. Bu gün xalqımız Şəhidlər xiyabanını qürurla, başıuca ziyarət edir.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...