\"Arsenal\" müdafiəçisi ilə vidalaşdı

17:43 / 20.01.2021
4485
İngiltərə "Arsenal"ı futbolçusu Sokratis Papastatopulosla yollarını ayırıb.
Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi yunanıstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, 33 yaşlı oyunçu "Arsenal"a 2018-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçmişdi. O, 69 oyunda "topçular"ın formasını geyinib.